adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Dekabr 2020 10:16
46415
TEXNOLOGİYA
A- A+

Robotların möhtəşəm rəqsi görənləri heyrətə gətirdi - VİDEO

“Boston Dynamics” robotları Yeni ilin şərəfinə “The Contours” qrupunun “Do You Love Me” ifasını rəqs edib.

Rəqsi iki insanabənzər “Atlas” robotu başlayır, sonra onlara “Spot” robot iti qoşulur, sonda isə təkərli “Handle” gəlir.

“Bütün komandamız daha xoşbəxt olacağını ümid etdiyimiz Yeni ilin başlanğıcını qeyd etmək üçün bir araya gəldi”, - deyə videonun rəy yerində bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Boston Dynamics” robotlarının bu ifaları böyük maraqla qarşılanıb.