adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Dekabr 2020 10:52
29924
ELM VƏ TƏHSİL
A- A+

Paytaxt məktəblərində bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb

2020-ci ildə paytaxtda işə qəbul üzrə 1 709 vakansiya təqdim olunub.

Adalet.az-ın məlumatına görə, müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub. 1 691 nəfər işə qəbul olunub. Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.

Bunlardan:
- 1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
- 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;
- 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Bu il 539 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb.

2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.