adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Dekabr 2020 09:22
47873
MARAQLI
A- A+

Qadın komadan sonra uşaqlarının varlığını unutdu və 30 il müddətinə yoxa çıxdı

İngiltərəli qadın 30 il sonra ailəsinə qovuşub.

Bu barədə “İndependent” yazır.

Qohumları onu son dəfə Kiprə gedərkən görüblər. Bundan sonra qadının izi itib. Uzun illər ailəsi onu tapmaq üçün uğursuz cəhdlər edib.

Bir il əvvəl oğlu onun axtarışına başlayıb və İngiltərənin Dorset qraflığında polisə müraciət edib.

Məlum olub ki, Li Treysi Mayli Kiprdə qəzaya uğrayıb, bundan sonra komaya düşüb. Qadın oyandıqda yaddaşını tamamilə itirmiş vəziyyətdə olub, buna görə də evinə qayıda bilməyib.

Polis qadının hazırda Arizonada yaşadığını müəyyən edib, onun ünvanını tapıb.

Beləliklə, 30 ildən sonra ailə yenidən bir araya gəlib.