adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2020 09:17
42945
MARAQLI
A- A+

Körpünün qüsursuz partladılma anları – VİDEO

Çinin Hunan əyalətində Çanşa şəhərində 760 metrlik köhnə körpünün partlayışı həyata keçirilib.

“New China TV” həmin anla bağlı möhtəşəm görüntüləri paylaşıb.

Məlumata görə, istismar müddəti bitmiş körpü dəfələrlə təmir olunub. Buna baxmayaraq, artıq təhlükəli vəziyyətdə olub. Bununla əlaqədar olaraq, körpünün partladılması qərarı verilib.

Bir müddət öncə tikilinin yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti üçün açılan yeni körpü salınmışdı.

Partlayış turistlər və yerli sakinlər tərəfindən maraqla izlənib.

Partlayış texnikləri körpünün 10 saniyədə məhvinin öhdəsindən uğurla gəliblər.