adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Dekabr 2020 17:56
46169
MARAQLI
A- A+

BEŞİNİZ BİR SÜRMƏLİ DEYİLSİZ?!

Türkiyənin məşhur aktyoru Şənər Şənin bir filmi var, adı yadımdan çıxıb. Bu Kabadayıdır, amma illər keçib qayıdıb sivil həyata. Ona düşmən olanlar rahat oturmurlar, çalışırlar ki, onu öldürsünlər.

Onun da dostları var, birinin də adı  Sürməlidir. Və mədəni dilnən desək yumşaqdır, özünüz başa düşdüz.

Düşmənləri onu axtarır öldürmək üçün, o beş dostu onu satır, yalnız  yumşaq Sürməlini  nə qədər döyürlər, işgəncə verirlər Şənər Şənin yerini demir.

Bir daha silah götürməyəcəyinə and içən Şənər Şən məcbur olub silaha sarılır.Və bütün düşmənlərini məhv edir.

Sonra  üzünü onu satan dostlarına tutub deyir:

Hamınız bir Sürməli olmadınız!

Mən də istəyirdim  yazam ki, Orta  Asiyadakı türk dövlətlərinin hamısı bir Sürməli olmadı.

Sözüm həmin dövlətlərin başçılarının xətrinə dəydisə, getsinlər bir stəkan kəklikotusuz çay içsinlər və təbii ki, Nazarbayev başda olmaqla.

Və əsas odur ki, biz 44 günlük müharibədə dostlarımızı tanıdıq.

Bizim Türkiyədən başqa digər türk dövlətlərinin rəhbərləri imkan daxilində pampers geyinsinlər.