adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Dekabr 2020 14:53
40592
ƏDƏBİYYAT
A- A+

Jurnalistin elmi əsəri Türk dilində

Ankaradakı “Gülnar yayınları” nəşriyyatı Yeni il ərəfəsində tanınmış jurnalist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin “Radio teatr sənəti” monoqrafik əsərini çapdan buraxıb. Kitabı türk oxucularına təqdim edən İstanbul Yeni Yüzyıl Ünversitetinin Media və jurnalistika kafedrasının müdiri, Pof.Dr.Yucel Sarı yazdığı giriş məqaləsində Azərbaycan radiosunun tarixi, onun bədii verilişlər sistemi, dram sənətinin bir qolu kimi radioteatrın inkişafı, bu sahənin formalaşmasında rolu olan böyük sənətkarlar haqqında danışmış, həmçinin professor Q.Məhərrəmlinin mediadakı çoxşaxəli fəaliyyəti və zəngin elmi yaradıcılığı haqqında oxuculara məlumat vermişdir. Qardaş ölkədə maraqla qarşılanan əsər haqqında nüfuzlu teleradio mütəxəssisləri – professorlar Aysel Aziz və Kamile Akgül yüksək rəy bildirmişlər.

Redaktorları Hamit Gök və Dr.Hüseyin Soytürk olan radio teatr haqqında kitab nəfis şəkildə və kütləvi tirajla nəşr edilmişdir