adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Dekabr 2020 14:10
47313
KRİMİNAL
A- A+

Narkotacirdən 5 kq heroin götürülüb

Hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Adalet.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M. Məlikov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 177 qramdan artıq heroin, 154 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqramdan artıq heroin, 820 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.