adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Dekabr 2020 11:02
87052
MARAQLI
A- A+

Berlin Tunelində cəsusların savaşıGeorge Blake

Soyuq müharibə dövründə rusların tərəfinə keçən ingilis agenti Corc Bleyk (George Blake) dünən 98 yaşında dünyasını dəyişdi.

"CIA" və "MI6"nın ortaq işlədiyi Berlin Tuneli proyektini KQB-yə sızdıraraq ABŞ və Böyük Britaniyanı Rusiya qarşısında gülünc vəziyyətdə qoyan Blake dünya tarixinin ən önənli ikili agentlərindən idi.

Atası Misir yəhudisi, anası protestant bir hollandiyalı idi. II Dünya Müharibəsində Nasistlərə qarşı vuruşdu, müharibənin bitməyinə bir il qalmış Böyük Britaniyaya getdi. O, artıq ingilislərin xidmətində idi.

1948-ci ildə ingilis xarici kəşfiyyat idarəsi olan "MI6"nın Seul (Cənubi Koreya) idarəsinə göndərildi. Koreya Müharibəsində Şimali Koreyaya əsir düşdü. Əsir kampında kommunist oldu. Bir nəzarətçinin əlinə kompas verib SSRİ səfirliyinə çatdırdı. Qısa bir müddət ərzində KQB-nin Şimali Koreya idarəsinin rəisi ona göndərilən kompasın sahibini tapdı.

KOD ADI: DİOMİD

Sədrə "MI6-ya işləyirəm, artıq KQB-yə xidmət etmək istəyirəm" dedi və "Diomid" kod adı ilə qəbul edildi. Üç il sonra Londona qayıtdı, daha doğrusu göndərildi.

Şimali Koreyada əsir düşən Bleyk öz ölkəsi Böyük Britaniyada bir qəhrəman kimi qarşılanmışdı.

1951, Şərqi Berlin…

Amerikan bölgəsinin bir neçə yüz metr yaxınlığında Sovet kəşfiyyat idarəsi Karlshorts Sovet əsgər heyəti və Qərbi Berlindəki Sovet səfirliyi arasındakı gizli əlaqəni təmin edən üç yüksək frekans ilə şifrəli telefon xətti yerin iki metr dərinliyində birləşirdi.

SƏS KEÇİRMƏYƏN YÜKSƏK TEXNOLOGİYA

II Dünya Müharibəsindən sonra nasist qalıqları ilə qurulan CIA ilə ingilislərin kəşfiyyat idarəsi MI6 Sovetlər və komunist Qərbi Almaniya arasındakı gizli xəbərləşməni təqib etmək üçün qeyri-adi və dərin bir planı dövriyyəyə soxdular.

Qərbi Berlindən Şərqi Berlinə tərəf 500 m uzunluğunda şəhər yollarının düz altında içində insanların rahat işləyə biləcəyi qədər geniş, səs keçirtməyən yüksək texnologiyaya sahib olan tuneli tikməyə 1954-cü ildə başladılar.

KQB SƏDRİ SEROV: İMKAN VERƏK, TİKSİNLƏR

MI6 Berlin Tuneli proyekti üçün rusca bildiyini də gözə soxaraq Bleyki seçdi.

Dörd il əvvəl Şimali Koreyaya əsir düşən kommunist və Diomid kod adı ilə KQB tərəfinə keçən ikili agent Corc Bleyk!

6,5 milyon dollar (2018-ci ildə 180 milyon dollara bərabər idi) xərclənən tunellə bağlı bütün məlumatların Bleyk vasitəsilə masasının üstünə gələn KQB sədri İvan Serov "İmkan verək, tiksinlər" dedi. Həm Qərbə aldadıcı məlumatlar yayacaqlar, həm də istədikləri vaxt bu düşmən fiaskosunu propaqanda materialı kimi istifadə edəcəkdilər.

SSRİ telefon xətlərini tunel vasitəsilə dinləyən CIA və MI6-nı lazımsız məlumatlarla aldadır, şübhə altına düşməmək üçün də arasına gerçək, amma həyati önəmi olmayan məlumatlar da qatırdı.

67 MİN SAATLIQ TELEFON DANIŞIQLARI

CIA və MI6 1956-cı ilin aprel ayına qədər 67 min saatlıq telefon danışığı qeydə aldı.

Londonda 300-dən çox rus mühacir ilə alman tərcüməçi bu qeydləri çözürdü.

Və o an gəlib çatdı.

SSRİ və Qərbi Almaniya əsgərləri Berlin Tunelinin girişində...

SOYUQ MÜHARİBƏNİN ƏN BÖYÜK FİASKOLARINDAN BİRİ

Stalinin yerinə gələn Xruşşov Böyük Britaniya kraliçası II Elizabetin dəvəti ilə Böyük Britaniyaya gəldi.

SSRİ və Şərqi Almaniya əsgərləri tunelin şərq hissəsindən girdilər. Tunelin ortaya çıxmasından sonra SSCB bu addımı beynəlxalq hüquqlara zidd bir addım kimi qələmə verdi.

1961-ci ilə qədər deşifrə olmayan Bleyk Qərbə gedən Polşa Gizli Təşkiları SB-dən olan Mixael Qaleniyevskinin etiraflarından sonra tutuldu və 42 il müddətinə azadlıqdan məhrum edildi.

1966-cı ildə İrlandiya Respublikaçı Ordusunun bombaçısı Sean Aloyisious Bourke ilə birlikdə Londondakı "Wormwood Scrubs" həbsxanasından qaçırıldı. Şərqi Berlindən Moskvaya keçdi.

Həbsxanadan qaçışını İRA üzərindən KQB-nin təşkil etdiyini inkar etməyən Corc Bleyk 98 yaşına kimi rusların oma verdiyi təqaüdlə yaşayırdı.

 

Hazırladı: Eminquey