adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Dekabr 2020 23:35
43706
HADİSƏ
A- A+

AzTV-nin binasında bədbəxt hadisə nəticəsində adam öldü - YENİLƏNİB

Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib. 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!

21:45

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.