adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Dekabr 2020 12:47
58491
KRİMİNAL
A- A+

Cəlilabadda kafedə qumarxana təşkil edən şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də saat 1 radələrində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.