adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Dekabr 2020 11:21
49901
ƏDƏBİYYAT
A- A+

BÖYÜK TÜRK OĞLU

"Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim." Ömər Faiq Nemanzadə

XIX əsrin sonu — XX əsrin əvvəllərində yazıb-yaratmış Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin və "Molla Nəsrəddin" jurnalının təsisçisi Ömər Faiq Nemanzadənin (24 dekabr 1872 — 10 oktyabr 1937) doğum günüdür.

"Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!"

"Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır."

Repressiya qurbanıdır. Allah Rəhmət eləsin

Etibar Əliyev