adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Dekabr 2020 17:48
46027
HÜQUQ
A- A+

Birinci Qarabağ müharibəsində Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçisi həbs olundu

Bakı Hərbi Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.

Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib. Sentyabrın 27-də başlanan 44 günlük hərbi əməliyyat zamanı L. Mkrtçyan bir neçə erməni hərbçisi ilə birlikdə Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.