adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Dekabr 2020 12:10
61180
ƏDƏBİYYAT
A- A+

Erməni əsgərinin anasına və bütün erməni qadınlarına 11 sual - Abid Tahirli yazır

Bu günlərdə sosial şəbəkələrdə Qarabağda döyüşən erməni əsgərinin anasının övladı haqqında heç bir məlumat əldə edə bilmədiyi barədə kədərli, emosional çıxışını və oğlunun tapılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini izlədim. Ananın öz övladı ilə bağlı nigarançılığı, həyəcanı anlaşılandır. Amma istər-istəməz fikrimdən həmin əsgərin anasına və bütün erməni qadınlarına aşağıdakı sualları ünvanlamaq keçdi:

1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir müsahibəsində “Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam” – deyə səsləndirdiyi müraciətindən və nəhayət, Ali Baş Komandanın “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”- xəbərdarlığından niyə nəticə çıxartmırdınız?

2. Dağlıq Qarabağda heç bir əsas olmadan erməni separatçılarının ölkəmizin ərazi bütövlüyünə qarşı hərəkata başlayanda harada idiniz, niyə etiraz etmirdiniz?

3. Erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının nümayəndələrindən Abel Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağın iqtisadi cəhətdən Azərbaycana yox, Ermənistana bağlılığı barədə ekstrimist və pozucu təkliflə çıxış edəndə niyə susurdunuz?

4. Üzdəniraq Silva Kapitikyanın şeirlərində erməni qatillərini, terrorçularını məhd edəndə, onları milli qəhrəman kimi vəsf edəndə, azərbaycanlılara qarşı törədilən cinayətlərə bəraət qazandıraraq erməniləri müharibəyə səsləyədə, Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi ilə Sovet mərkəzi mətbuatında, mitinq və nümayişlərdə çıxışlar edəndə , ona cavab verdinizmi, onu bu alçaq hərəkətlərdən çəkindirdinizmi?

5. İki xalq arasında düşmənçiliyi, nifaqı daha da dərinləşdirmək, Azərbaycanlıları gözdən salmaq və Qarabağda törədilən cinayətlərə haqq qazandırmaq niyyəti ilə ermənilərin Sumqayıtda törətdikləri vəhşilyin əsl təşkilatçılarının üzə çıxarılmasına, ifşa edilməsinə yardım etdinizmi?

6. Erməni terrorunun ideoloqlarından, qana susamış yazıçı, uşaq qatili Zori Balayan “Ocaq” əsəridə tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edəndə, yaxud "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq...”- yazanda niyə səsiniz çıxmırdı, niyə bu qan içənə qarşı üsyan etmədinz?.

7. Yazıçı-jurnalist David Herdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim... Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"- deyə fəxrlə xatırlayanda bu cəlladı qınadınızmı, onu sorğu suala tutdunuzmu?

8. Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı, Bağanis Ayrım... kəndləri ermənilər tərəfindən yandırılanda, əhaliyə amansızlıqla divan tutulanda, əliyalın insanlar qətlə yetiriləndə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri keçmiş sovet 366-cı motoatıcı alayının yardımı ilə Xocalıda südəmər körpə, uşaq, yeniyetmə, qadın, qoca

demədən dinc sakinlərə qarşı misli görünməmiş cinayət törədəndə soydaşlarınıza qızdınızmı, onları qınadınızmı, qatilləri məhkəməyə verdinizmi? 9. 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edən Serj Sarkisyan bu bəşəri cinayətlə bağlı ona ünvanlanan suala- “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa son qoyduq” –kimi cavab verəndə o bəşər düşməni ittiham etdinizmi?

10. Ermənistan Baş nazirinin xanımı Anna Akopyan “Kalaşnikov” avtomatı ilə lovğa görkəm alaraq səngərdən Azərbaycanlılara meydan sulayanda harada idiniz, bu yırtıcı qadına irad tutdunuzmu?

11. Ermənistan Baş naziri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşada sərxoş vəziyyətdə təlxəkcəsinə rəqs edəndə, Qarabağın kimə mənsub olduğu barədə hərzə-hərzə danışanda, Araik Arutunyan “andiçmə mərasimi” keçirəndə, Tonoyan “yeni ərazilər uğrunda yeni döyüşlər” doktrinası barədə sayıqlayanda bu başıboşlara, sələflərinin miflərini davam etdirənlərə “dur” -dedinizmi?

P.S. Oxucu sual verə bilər: bəs niyə 11 sual? Məsələ burasındadır ki, erməni seperatizminin getdicə qızışdığı vaxtlar Qarabağda mənfur qonşular tərəfindən törədilən vəhşiliklərin şahidi olmuş və gördüklərimi “Cavabsız min bir susl” adlı sərlövhəli irihəcmli məqalə ilə dövrün populyar qəzeti olan “Odlar yurdu”nda dərc etdirmişdim (“Odlar yurdu “№ 20-21, oktyabr, 1989). Üstündən 3-4 gün keçmişdi ki, zavod qəzetlərinin birində müxbir işləyən Janna Martirosyan adlı erməni qadın redaksiyaya zəng vurub “Min bir suala cavab verməyə kimin vaxtı olacaq?”-deyə kinayə ilə bildirmişdi. Mən ona “Bilirəm ki, bu suallara nə Bakıda, nə də Moskvada cavab verən olacaq? Amma sizin soydaşlarınızın törətdiyi cinayətləri dünyaya yaymaq üçün o məqaləni yazdım”. Bu məqalədəki suallara da, onların sayı 1001 yox, 11 olsa da belə, yəqin ki, erməni qadınları cavab verməyəcək və zatən mən onlardan heç cavab da gözləmirəm. Sadəcə bu suallar ətrafında düşünsünlər və nəticə çıxarsınlar! Yoxsa, düz 200 il bundan əvvəl dünyaya gələn Fridrix Engelsin yaradıcılığının çiçəkləndiyi vaxt erməni qadınlarının məşğuliyyətini sərrast xarakterizə edən məşhur fikrləri hələ də öz gücünü itirməyib, yoxsa, onlar hələ də qapı-qapı gəzərək pozğun həyatlarını davam etdirməkdədirlər?

22.12.2020.