adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Dekabr 2020 16:22
41528
KRİMİNAL
A- A+

Bakı sakinini öldürməyə cəhd edən şəxs tutulub

Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.

Prokurorluqdan  verilən məlumatda bildirilir ki, cari il aprelin 25-də Suraxanı rayonu ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.

Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və Faris Babaşov CM-nin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilmiş və barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.