adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Dekabr 2020 13:40
46343
ƏDƏBİYYAT
A- A+

Belə, allah bu xalqa səbr versin... - Cəlil Cavanşir yazır

Deməli, harada səfeh, savadsız, nadan, cahil varsa özünü ekspert kimi təqdim edib, ataabdullayev, əlimirəliyev ritorikası ilə xalqa dərs keçir. Belələrini televiziya kanalları 1-2 dəfə səhvən qonaq çağırır, sonra özləri cəsarətə gəlib sosial şəbəkə hesablarında canlı yayım açıb xalqa öyüd verirlər. Açığı xalq da bu dərslərə qatılır. Bu amöblər müharibə ərəfəsində daha çox dezinformasiya yaymaqla yerlərini möhkəmləndirdilər. Bir növ "müharibənin çörəyini yedilər." İndi də şəhid, qazi, yaralı adından istifadə edib, hamıya meydan oxuyurlar. Hələ pul yığanlar, yardım toplayanlar bir başqa aləmdir.

Çox təəssüf ki, kütlə, sosial şəbəkə istifadəçiləri bu cür nadan adamların cəhalətindən bixəbərdir, onların toruna asanlıqla düşürlər. Yazırlar, video çəkirlər, dezinformasiya yayırlar, nifrət saçırlar. Çünki cəhalət dəbdədir, bayağılıq "satılır", düşüklük trendə çevrilir.

Bu populist birhüceyrəlilərin meydan suladığı dövrdə bizim atabadullayevi, bayramnurlunu, məhəmməddənizi ələ salmağımız də bir başqa dərddir. Daha dəqiqi, İQ səviyyəsi, düşüncəsi bayramnurlu, məhəmməddəniz səviyyəsində olan ancaq intellektual, savadlı, vərənpərvər, döyüşkən görünməyə çalışan, kütləni dolayan bir sürü "ekspert" ortalıqda fırlanır.

Ümumiyyətlə hamı başını itirib, at izi, it izinə qarışıb.

Allah haqqı mənim ürəyim sıxılır, tıncıxıram. Ancaq əlimizdən bir şey gəlmir, susuruq çarəsizcə. Çünki, cəhalətlə mübarizə aparmaq çox çətindir. Normal, savadlı, təhsilli adamlarla müzakirə, mübahisə etməyə nə var ki, uzaqbaşı arqumentlərinizlə, oxuduqlarınızla əks fikirlərinizlə bu adamlara uduzub, zövq alarsan. Cahillə mübahisə, müzakirə psixaloji travmadır. Çünki cəhalət ekspertləri həyasız və ləçərdirlər.

Belə, allah bu xalqa səbr versin...