adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2020 12:16
55377
ƏDƏBİYYAT
A- A+

Aqşin Dadaşoğlu: Gecələr,soyuq olur səngərlər

Gecələr,soyuq olur səngərlər,
Güllələrin işiğında ,isinir əsgərlər..
Hərdən yanan da olur,
bir güllə istisindən..
Səngərlər boğulur,
Şəhid arzuların,
tüstüsündən..

Vətənin yara yeri qan verdikcə,
Neçə şəhid qanı vurulacaq,
Vətənin damarlarına..
Ünvanına geç çatan əsgər məktubları..
dönür
Şəhid məktublarına..

Hardasa bir fərarı şampan partladıb,
Qızları qorxuzanda,.
Əsir düşməmək üçün qumbaranı sinəsinə sıxan oğlanlar,
yadıma düşür..
Tüklərim ürpəşir...

Vətənin ən uca yeri,
Uca bayrağımızın dalğalandığı yerdi..
Vətənin Ana yeri,
Səngərlərdi,səngərlərdi