adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Dekabr 2020 10:38
36752
HADİSƏ
A- A+

Bakının mərkəzində yaşayış binası yanır

Bakının mərkəzində yqaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.