adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Dekabr 2020 21:27
157285
AVTOMABİL
A- A+

Bu il Azərbaycanda 1600-dən çox minik avtomobili istehsal edilib

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 329,0 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, maşın və avadanlıqların istehsalı isə 8,0 faiz artmışdır.

Yanvar-noyabr aylarında 1642 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 430 ədəd az minik avtomobili istehsal olunub.