adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Dekabr 2020 12:35
60017
ŞOU-BİZNES
A- A+

Uşaqlıq fotosunu paylaşıb üsyan elədi: “Hadisələr o qədər xaotikdir”

“Ətrafda hadisələr o qədər sürətli və xaotikdir ki, insan beyni informasiyanı çatdırıb həzm etməmiş, başqası baş verir”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “instagram” hesabında paylaşdığı fotosunun altında yazıb:

“Heç vaxt keçmişlə yaşamamışam, hətta ötən bir saniyəni geri qaytarmaq istəməmişəm, ancaq bu gün səhər içimdə heç olmayan kimi bir uşaqlıq baş qaldırdı, bax bu yaşıma qayıtmaq istədim. 10 yaşıma”.

Zaurun paylaşımının altına məşhurlar da fikir bilririblər.

Əməkdar artist Aybəniz Haşımova: “Qətiyyətli, həsrət dolu sanki qarşıda onu gözləyən torpaq həsrətli baxışına qurban”.

Bəstəkar Murad Arif: “Mən koronavirus bitən günü istəyirəm”.

Müğənni Xatirə İslam: “Allah səni daim qanadının altında saxlasın”.

Rövşən Tahir