adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Dekabr 2020 11:12
37362
HÜQUQ
A- A+

Baş Prokurorluq “YAŞAT” Fonduna 500 min manat köçürdü

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.