adalet.az header logo
  • Bakı 16°C
09 Dekabr 2020 20:30
38433
TEXNOLOGİYA
A- A+

Türkiyə Azərbaycana mina təmizləmə qurğuları ixrac edəcək

Türkiyənin ASFAT şirkəti (Askeri Fabrika ve Tersane İşletme) Azərbaycana Mexaniki Mina Təmizləmə Təchizatının (MEMATT) ixracatını həyata keçirəcək.

Bu barədə “Haber 7” şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, artıq Azərbaycana 20 ədəd MEMATT mina təmizləyən texnikasının göndərilməsi ilə bağlı müqavilə imzalanıb.