adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Dekabr 2020 12:52
43712
ƏDƏBİYYAT
A- A+

Sabir Abdin: ZƏFƏRİN MÜBARƏK, VƏTƏN

ZƏFƏRİN  MÜBARƏK,  VƏTƏN

Var ol, ana Vətənim,

üzünü ağ, başını uca edən

qazidi, şəhiddi.

Düşmənin başını əzən

dəmir yumruq kimiyik,

dünyanın özü də

buna şahiddi...

Səni ürəkdən sevən

övladların

üçrəngli bayraqdı bu gün.

Qələbə sevincimiz

yaraları qaysaqlayan

yurddu, torpaqdı bu gün.

Hamımız yadlara tuşlanan

sal daşınıq.

Hamımız sənin

şöhrəti dillərda gəzən

əsgərin-vətəndaşınıq.

Hər yanda gur səslə

Qarabağ Azərbaycandır -

deyirik.

Bu şanlı Qələbənin

baş memarı

Ali Baş Komandandır -

deyirik...

Azərbaycan-Türkiyə əbədi

qardaşdır, kəlməsinin

gücünə söykənmişik hamımız.

Hər yerdə

qürur hissiylə söyləyirik -

var olsun Vətənimiz - İlhamımız!..

Qarı düşmən zaman-zaman

düşsə  də qara niyyətə,

yenilməyən gücümüzlə

savaşdan qalib çıxıb,

son qoyduq rəzalətə,

əlvida dedik xəcalətə...

Qələbə sevincli

payızın mübarək, Vətən!

Yer üzünü qitə-qitə dolaşan

səsin-avazın mübarək, Vətən!

Müqəddəs Zəfərin,

Haqqa-ədalətə tapınan

sabahlara səfərin mübarək, Vətən!

   
 

AZƏRBAYCAN  ƏSGƏRİ

Bir əlində bayraq,

bir əlində silah,

başının üstündə

hər şeyə qadir Allah!

Gecəsi yox, gündüzü yox,

haqqa, ədalətə söykənib

inamla, qürurla

aşır dərələri, dağları.

Qatıb qabağına qovur,

neçə elimi-obamı

kor qoyan yağıları...

Gah çiynində

yaralı yoldaşını aparır,

gah da

düşmən istehkamını

dağıdıb,

yağı səngərini

kökündən qoparır.

Qasırğa-tufan kimidir,

Azərbaycan əsgəri!

Dayanmaq bilməyən

zaman kimidir,

Azərbaycan əsgəri!

Gücünə-güc qatıb,

Vətən sevgisi onun.

Sinəsində çırpınan

ürəyidir səngəri-

Azərbaycan əsgəri.

Tükənən deyil heç vaxt,

arzusu-həvəsi onun...

Yurdun keşiyində

ayıq-sayıq dayanıb,

yenə də hər an

döyüşə hazırdır, hazır –

Azərbaycan əsgəri!

Ulu tariximizin

şanlı səlnaməsinə

özü, öz əlləriylə

qəhrəmanlıq dastanını

həkk eləyib, yazır-

Azərbaycan əsgəri!..