adalet.az header logo
  • Bakı 17°C
08 Dekabr 2020 21:33
51440
KRİMİNAL
A- A+

Lənkəran sakinində narkotik vasitə aşkarlandı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini A.Əsgərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən bir ədəd kisədə çəkisi 983 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.