adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2020 14:02
45846
ƏDƏBİYYAT
A- A+

Rəbiqə Nazimqızı: Əsgər sevgiliyə

Dağılıb boyunbağım yollarının üstünə

Gizləmirəm gözümdən süzülən muncuqları.

Bu dəfə sevinc durur ürəyimin qəsdinə,

Cücərir ürəyimdə ümid tumurcuqları...

Götür, mənim də könlüm səngər-səngər keçəcək,

Düşünmə ki, yalqızam, düşünmə ki, uzağam.

Güllə yağışlarında ümidim göyərəcək,

Güllə yağışlarından doğacaq göyqurşağım.

Indi nə söz vaxtıdır, nə şeir, nə də çiçək,

Gilizlərdən bir çələng hörərsən qayıdanda.

Sənin zəfərin özü mənə şeir deyəcək,

Özüm çiçək dərəcəm ayağının altından.