adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Dekabr 2020 17:54
39776
HÜQUQ
A- A+

Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub

Vətən müharibəsində şəhid olanlardan biri də Gəncə şəhər prokurorluğunun əməkdaşıdır.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.