adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2020 16:00
37118
SİYASƏT
A- A+

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF XİN-i xəbər yayıb.

Bildirilir ki, xarici siyasət qurumunun rəhbərləri Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il 9 noyabr tarixli bəyanatının müddəalarının həyata keçirilməsini, o cümlədən tərəflərin Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyətini, eləcə də ikitərəfli əməkdaşlığın aktual məsələlərini və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.