adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2020 15:48
24589
İDMAN
A- A+

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

Adalet.az-ın məlumatına görə, testin nəticələrinə görə futbolçularımız Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçumuz: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.