adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2020 12:37
18659
DÜNYA
A- A+

Tramp hərbi büdcə layihəsinə veto qoyacaq

ABŞ prezidünti Donald Tramp bəyan edib ki, qanunvericilər mübahisəli maddəni ləğv etmədikləri üçün, hərbi büdcə ilə bağlı Konqressin hazırladığı layihəyə veto qoyacaq.

Ağ Evin mətbuat katibi Keyli Makinani bildirib ki, sosial şəbəkələrdə bununla bağlı məqalələrlə çıxış edən, buna siyasi münasibət bildirənlərlərin məsuliyyətdən yayınmasını nəzərdə tutan 230-cu maddə çıxarılmadığı üçün Tramp büdcəni bloklayacaq. "Çox təəssüf ki, senator Cim İnxof büdcəyə 230-cu maddəyə düzəliş ediləsi məsələsini salmaq istəməyib... Son şans əldən buraxıldı. Mən veto qoyacam" - deyə Tramp Twitter səhifəsində bildirərək, əlavə edib ki, bu maddə milli təhlükəsizliyə və seçkilərə təhlükə yaradır.

Daha əvvəl ABŞ-ın Ədliyyə nazirrliyi 230-cu maddəyə düzəlişlə bağlı müraciət edərək sosial şəbəkələrə müəyyən senzura qoyulmasını xahiş etmişdi.

Rüstəm Hacıyev