adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Dekabr 2020 23:00
27956
İDMAN
A- A+

“Gələn il Messi ilə birlikdə oynamaq məcburiyyətindəyik” – Neymar

PSJ-nin futbolçusu Neymar sabiq komanda yoldaşı “Barselona”nın kapitanı Lionel Messidən danışıb.

Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 33 yaşlı argentinalı oyunçu ilə növbət il eyni komandada çıxış edə biləcəklərini deyib:

“Ən çox istədiyim şey Messi ilə birgə oynamaqdır. İstəsə, mənim mövqeyimdə oynaya bilər. Gələn ilə mütləq birlikdə oynamaq  məcburiyyətindəyik”.

Qeyd edək ki, Kataloniya klubu ilə müqaviləsi bu mövsümün sonunda bitəcək Messinin PSJ-yə keçəcəyi, eləcə də “Neymar”ın “Barselona”ya qayıdacağı haqda xəbərlər yayılıb.