adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Dekabr 2020 20:00
38499
İQTİSADİYYAT
A- A+

SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub

2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya qoyulub.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və “Kulevi” neft terminalı uğurla fəaliyyət göstərir və 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard dollar həcmində vergi ödənilib. Bu məbləğ SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə təqribən bərabərdir. 

“SOCAR Georgia Gas” MMC ölkə daxilində 715 mindən çox abunəçiyə təbii qaz verir.