adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Dekabr 2020 13:46
29131
İDMAN
A- A+

“Qarabağ” “Makkabi” ilə qarşılaşacaq

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda İsrailin “Makkabi” klubu ilə qarşılaşacaq.

Adalet.az xəbər verir ki, İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi ikinci yer uğrunda mübarizə aparan “Makkabi” və Türkiyənin “Sivasspor” klubları üçün əhəmiyyət daşıyır.