adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Dekabr 2020 11:54
63300
ƏDƏBİYYAT
A- A+

ŞAMİL ƏMİ, LAÇIN AYAĞA QALXDI, KƏLBƏCƏR OYANDI!

ŞAMİL DƏLİDAĞ

 

LAÇIN, AYAĞA QALX, KƏLBƏCƏR OYAN!

 

Özünü itirmə, babana oxşa,

Laçın, ayağa qalx, Kəlbəcər oyan!

Düşməndən qisas al, töhmətsiz yaşa,

Ol əcdadın kimi qəvi pəhləvan,

Laçın, ayağa qalx, Kəlbəcər olan!

 

Şuşa çox fatehlər torpağa sərdi, 

Ağdamın adından daşnak əsərdi.

İndi çəkmək olmur bu ağır dərdi, 

İşğal altındadır, olub bağrı qan,

Laçın, ayağa qalx, Kəlbəcər oyan!

 

Fizuli, Cəbrayıl, ahlı Xocalı,

Qoymayın xalq qalsın başı bəlalı.

Aləm əzminizdən qoy olsun halı,

İnadla silahlan, döyüş, Zəngilan,

Laçın, ayağa qalx, Kəlbəcər oyan.

 

Mat olub baxmaqdan əsla kar aşmır,

Qoç igid dar gündə ağlını çaşmır,

Qubadlı, qaçqınlıq sənə yaraşmır,

Qaçaq Nəbi kimi bu gün aç meydan,

Laçın, ayağa qalx, Kəlbəcər oyan.

 

Qeyzə dolaq, Allah bizdən kəsməsin, 

Soltan bəyin ruhu bizdən küsməsin.

Qayıt keçmişinə, dizin əsməsin,

İşıqlıya ağla, Dəlidağa yan, 

Laçın, ayağa qalx, Kəlbəcər, oyan!