adalet.az header logo
  • Bakı 6°C
02 Dekabr 2020 13:11
93223
ŞOU-BİZNES
A- A+

“Laçında heykəli qoyulmalıdır” - Xatun Məhəbbət Kazımovdan yazdı

“Gözün aydın, Azərbaycan. Qartal olub göylərində uçum mən, Laçınım, Laçınım, Laçınım mənim. Heyif kaş bu kişi indi sağ olaydı, yazıq hər sözündə Laçın deyirdi. Allah rəhmət eləsin”.

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Xatun “instagram” hesabında Məhəbbət Kazımovun “Laçınım” mahnısını paylaşaraq sənətkar haqqında yazıb:

“Laçının girəcəyində “Laçın” loqosunun yanında bu kişinin heykəli qoyulmalıdır mütləq. Mən bir Azərbaycan vətəndaşı olaraq ora sərf olunacaq xərclərin müəyyən hissəsini verməyə hazıram. Ruhun şad olsun, Sənətkar. Nur içində yat”.

Rövşən Tahir