adalet.az header logo
  • Bakı 6°C
02 Dekabr 2020 10:54
22529
DÜNYA
A- A+

ABŞ -da tarixi böhran yarana bilər

Co Baydenin maliyyə naziri təyin etməyi planlaşdırdığı Canet Yellen, bəyan edib ki, karonavirus pandemiyası nəticəsində iqtisadiyatın çöküşü ABŞ -da tarixi böhran təhlükəsi yarada bilər.

" Təcili tədbirlər görülməsə bu Amerikanın faciəsinə çevrilə bilər. Hərəkətsizlik daha ağır nəticələrə səbəb olar"- deyə bildirən Yellen daha sonra qeyd edib ki, pandemiya ən çox aşağı təbəqəyə zərbə vurub, "Qətiyyətli addımlar atılmazsa vəziyyət daha da acınacaqlı olacaq". Reuters bununla bağlı bildirir ki, Baydenin keçirdiyi rəsmi tədbirdə iqtisadi sahələr üzrə məsləhətçiləri çıxış ediblər. Tədbirdə Yellen və digər məsləhətçilər, gələcək hökumətin məşğulluğun artırılması, iqtisadi bərabərliyin təmin edilməsini, işsizliyin və yaşayış yerlərinin çatışmazlığının aradan qaldırılması proqramlarını dəstəklədiklərini bildiriblər.

Co Baydenin 74 yaşlı Canet Yellenin ABŞ-ın maliyə naziri postuna təyin edəcəyi planı 24 noyabrda məlum olub. Bayden bu təyinatını təsdiqləyərsə, Yellen ABŞ -ın ilk qadın maliyyə nazifri kimi tarixə düşə bilər.

Rüstəm Hacıyev