adalet.az header logo
  • Bakı 7°C
02 Dekabr 2020 10:36
17089
DÜNYA
A- A+

Dünyada ilk dəfə süni ət satışına icazə verildi

Dünyada ilk dəfə laboratoriyada istehsal olunan ət satışına icazə verilib. Bu yenilik Sinqapurda həyata keçiriləcək.

TASS-ın məlumatına görə, bu barədə respublikanın Qida Agentliyi tərəfindən verilən açıqlamada deyilir.

“Alınan təklifləri qiymətləndirdikdən və təhlükəsizliyini təyin etdikdən sonra Sinqapurda ABŞ-ın “Eat Just” şirkətinə kultivasiya edilmiş toyuq ətinin satışına icazə verilib”, - deyə məlumatda bildirilir.

“Eat Just” şirkətindən isə laboratoriyada istehsal olunan ətlərin mikrob tərkibinə görə əhəmiyyətli dərəcədə təmiz olduğu bildirilib.

“Aparılan analizlər daha yüksək miqdarda protein, müxtəlif amin turşuları, faydalı yağlar və minerallar göstərdi”, - deyə şirkət vurğulayıb.