adalet.az header logo
  • Bakı 7°C
02 Dekabr 2020 09:19
17846
DÜNYA
A- A+

Almaniyada beş nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı - YENİLƏNİB + VİDEO

Almaniyada baş verən qanlı insidentin təfərrüatı məlum olub. 

“Euronews” xəbər verir ki, bununla bağlı Trir şəhər prokuroru Peter Fritsen danışıb. 

O bildirib ki, sürücünün avtomobildən silah qismində istifadə edərək, qəsdən insanları öldürməsi ehtimalı üzərində işlər aparılır. 

Ancaq o, hadisənin motivlərini açıqlamayıb. Şahidlər bildirirlər ki, 51 yaşlı sürücü insanları qəsdən piyada keçidinin üzərində vurub. 

Polisdən verilən açıqlamaya görə, həmin şəxs əvvəllər məhkumluq həyatı yaşamayıb və hadisə zamanı spirtli içkinin təsiri altında olub. Həmçinin, onun psixi xəstəliyi ilə bağlı sənəd də var. 

Şəhər meri Volfram Leybe məsələ ilə bağlı açıqlama verib: “Mən indicə ordan gəlirəm, bu, çox dəhşətli idi”.

Qeyd edilib ki, hadisə zamanı ölən beş nəfərdən biri azyaşlıdır, xəsarət alan 15 nəfərdən birinin vəziyyəti ağırdır.

Almaniya kansleri Angela Merkel ölənlərin ailələrinə başsağlığı verib. 

Bu gün hadisəni törədən sürücü hakim qarşısına çıxarılacaq. 


05:20

Almaniyanın Trir şəhərində sürücü avtomobili insanların üzərinə sürüb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Hadisə nəticəsində beş nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsaərtləri alıb.

Polis vətəndaşları hadisə yerindən kənar durmağa çağırıb.