adalet.az header logo
  • Bakı 7°C
02 Dekabr 2020 09:05
17110
DÜNYA
A- A+

İt dişləməsinə fikir verilmədiyi üçün səkkiz yaşlı uşaq quduzluqdan öldü

İt dişləməsinə fikir verilmədiyi üçün səkkiz yaşlı uşaq quduzluqdan ölüb.

“RİA Novosti”nin məlumatına görə, faciə Rusiyanın Volqoqrad vilayətində baş verib.

Məktəbli şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, it uşağı hələ avqust ayında “ev şəraitində” dişləyib. Ancaq valideynləri buna əhəmiyyət verməyiblər. Noyabr ayında uşaq ayaqlarında ağrıdan şikayət etməyə başlayıb, sonra quduzluğun ilkin əlamətləri müşahidə olunub.

Bildirilir ki, qız simptom yaranmazdan əvvəl həkimə göstərilsəydi, onun həyatını xilas etmək mümkün olardı.