adalet.az header logo
  • Bakı 12°C
01 Dekabr 2020 22:20
20655
MƏMLƏKƏT
A- A+

15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik

Son günlər koronavirus infeksiyasına yoluxanların artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir. Bu baxımdan İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarəti daha da gücləndirib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, noyabrın 30-da keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Bizim market”də, Nazim Ağakişiyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Ef market”də, “Nə alsan 1 manat” pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “İqlim mağazası”nda, Mirələm Quliyevə, Məhəmməd Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Araz supermarket Qaraçuxur-2”də, Nəsimi rayonunda Hüseynqulu Əsgərova məxsus mağazada, Sabunçu rayonunda Asif Mustafayevə məxsus dülgər sexində, Nizami rayonunda “Bazarstore”da, Xətai rayonunda Əmrah İsmayılova məxsus “İnşaat materialları mağazası”nda, Zöhrab İbrahimova məxsus geyim mağazasında, Nərimanov rayonunda Elşən Tağıyevə, Elçin Həbibova məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.