adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Dekabr 2020 20:30
23724
SAĞLAMLIQ
A- A+

Sentyabrdan bəri ilk dəfə dünyada koronavirusa yoluxmada azalma qeydə alınıb

Sentyabr ayından bəri ilk dəfə dünyada koronavirusa yoluxmada azalma qeydə alınıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, dünyada yeni xəstələrin sayında ilk azalma keçən həftə qeydə alınıb.

Bu ciddi məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə əlaqədar Avropada yoluxma sayının azalması sayəsində mümkün olub. Ancaq dünyanın digər yerlərində yeni yoluxma və ölüm sayı artmaqdadır.

Baş direktor həmçinin, hər kəsi Yeni il bayramına məsuliyyətlə yanaşmağa çağırıb.