adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Noyabr 2020 15:08
23468
GÜNDƏM
A- A+

Baş nazirin sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər kabinetindən Adalet.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.