adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2020 15:00
26853
DÜNYA
A- A+

ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib

ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə mühakimə olunan cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edib.

Bu barədə “The Hill” qəzeti Federal Reyestr məlumatlarına istinadla xəbər verib.

Məlumata görə, yerli hakimiyyət orqanları icazə verilən ölümcül inyeksiyaya əlavə olaraq, hökumət dövlət qanunları ilə müəyyən edilmiş hər hansı digər  (edam) üsuldan istifadə etmək hüququna sahib olacaq. Bunlara qazdan zəhərlənmə, elektrik cərəyanı ilə edam və güllələnmə daxildir.

Dəyişikliklər 24 dekabrda qüvvəyə minəcək.