adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Noyabr 2020 13:53
20133
SİYASƏT
A- A+

Fərhad mehdiyev: Buyursun Minsk qruppasından özü çəkilsin

Fransa Senatın qondarma rejiminin tanınması illə bağlı tövsiyyə qərarı qarşılıqsız qalmamalıdır.

Fransadakı səfirimiz məsləhətləşmələr üçün geri çağrılmalıdır.

Fransa hökümətinə izah edilməlidir ki, o Avropa Şurasının əsas orqanının yerləşdiyi bir dövlətdir və AŞ-nın başqa bir üzvünə qarşı belə bir avanturist, beynəlxalq hüquqa zidd, və ən əsası - Ermənistan dövlətinin öz iradəsinə zidd olan bir qərarı qəbul etməsi, həm BMT Nİzamnaməsinin 2-ci maddəsinin pozuntusu, həm də AŞ qurumlarına ev sahibliyi edən bir dövlətin öhdəliklərinə yaraşmır; çünki Azərbaycan Fransa ilə diplomatik münasibətlərini dayandırmaq qərarına gələrsə, bu Azərbaycanın AŞ üzvlüyünə müəyyən texniki maneələr də yaradacaqdır (viza almaq, gediş-gəlişlərdəki əngəllər kimi).

Senatın qərarı BMT-nin 4 qətnaməsinə də zidd olduğu üçün qanunsuzdur və Fransanın beynəlxalq hüquq öhdəliklərinə də ziddir. Fransa 1992-ci ildə bu BMT TŞ üzvü olub və həmin qətnamələr də Fransa üçün bağlayıcı beynəlxalq hüquqi nəticələr yaradıb. İndi Senatın "Azərbaycan 1994-cü ildə təsis olunan təmas xəttinə geri çəkilməlidir" deməsi Senatın nə qədər qərəzli, çürümüş bir erməni yanlısı olduğuna sübuttur.

Nəhayət, Minsk qruppasında həmsədr olaraq bir vasitəçi kimi tərəfsiz davranmalı olan Fransanın maskası indi düşdü.

Buyursun Minsk qruppasından özü çəkilsin.