adalet.az header logo
  • Bakı 16°C
26 Noyabr 2020 13:13
17499
DÜNYA
A- A+

Türkiyə hökuməti: Fransa senatı demokratik dəyərlərə xəyanət edib

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnamə layihəsini qəbul etməklə Fransa senatı demokratik dəyərlərə xəyanət edib.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Senatın bu addımı ikili standarların tətbiq olunmasından başqa bir şey deyil:

"Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırırıq".