adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Noyabr 2020 21:45
23642
İDMAN
A- A+

"50 yaşımda da "Qızıl top"u qazanmağı planlaşdırıram" - İbrahimoviç

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç 12-ci dəfə İsveçdə "Qızıl top" mükafatını almağa münasibət bildirib.

Qol.az "Afronbladet"ə istinadən xəbər verir ki, o, ölkəsinin ən yaxşı oyunçusu seçilməsi ilə bağlı deyib:

"Adətən azarkeşlərin 12-ci oyunçu olduğunu deyirlər. Bu, mənim 12-ci "Qızıl top"umdur. Ona görə bu azarkeşlər üçün olacaq. Onların stadionlara gəlib futboldan zövq almasına icazə verilməməsi ayıbdır. Karyeramı boş tribunalar qarşısında bitirə bilmirəm.  39 yaşım var və "Qızıl top" qazandım. 50 yaşımda da mükafatı qazanmağı planlaşdırıram".