adalet.az header logo
  • Bakı 20°C
25 Noyabr 2020 15:18
24648
SAĞLAMLIQ
A- A+

Tarixdə ilk sosial məsafə qoyulduğu yerin İstanbul olduğunu bilirdinizmi?

Tarixdə ilk sosial məsafə qoyulduğu yerin İstanbul olduğunu bilirdinizmi?

Dünya Səhiyyə Təşkilatı bizi bir-birimizdən 3 addım, yaxud da 1 m aralıda durmağa çağırır.

Bəs, niyə iki addım yox, beş addım yox, üç addım?

Bu addım məsələsi hardasa 100 il bundan qabaq 1930-cu illərdə vərəm haqqında aparılan araşdırmalara dayanır.

Amma fərqli ölkələrdə fərqli məsafə qaydaları tətbiq olunur. Amerika və İngiltərədə üç yox, altı addım aralıda durmaq tövsiyə olunur.

Bəzi simulyasiyalar var ki, onları izləyəndə, niyə bir-birimizlə məsafə saxlamalı olduğumuzu anlamaq daha asan olur.

Məsələn, Yaponiyadakı Kyoto Texnologiya İnstitutundan Masaşi Yamakhava bir adam qapalı otaqda öskürərsə, nələr baş verəcəyini göstərən bir simulyasiya hazırladı. Həqiqətən də bu simulyasiya göstərir ki, biz ətrafımıza damlacıqlar saçaraq gəzirik. Öskürəndə, asqıranda, hətta sadəcə nəfəs alanda belə bu damlacıqlar ağzımızdan çıxıb ətrafa yayılır. Açıq havada küləyin də təsirilə qısa müddətdə yox olan irili-xırdalı bu damlacıqlar xüsusilə qapalı yerlərdə daha uzun müddət havada qalır. Bu damlalar ya yerə düşüb yapışır, ya da daha kiçik damlacıqlara parçalanır.

Ağır bir öskürək çay qaşığının dörddə biri qədər damlacığın ətrafa yayılması deməkdir. Ona görə də mütəxəssislər bu yayılmanın riskini azaltmaq üçün ən azı üç-addım məsafə saxlamağımızı məsləhət görürlər. Çünki virusu daşıyan bu iri damlacıqlar bu məsafəni keçə bilməyib yerə düşür.

Ancaq bəzi damlacıqlar var ki, öskürəndə 16 addım (təxminən 5 metr), asqıranda isə 26 addım (təxminən 8 metr) bizdən kənara yayıla bilir.

Yaxşı havalandırılmayan otaqda 5 dəqiqə danışan adam ətrafa öskürən adam qədər damlacıq yaya bilir. Belə bir otaqda 10 adamın bir-birilə söhbət etdiyini düşünün... Elə bu səbəbdən də bu günlərdə maska taxmaqla bağlı sərt qadağalar qoyulur. Çünki maska ağzımızdan çıxan bu damlacıqların məsafəsini azaldır və istiqamətini dəyişir.

Ağzımızdan çıxan damlacıqlar bəzən 1 mm-ə qədər böyüklükdə ola və gözlə görülə bilir. Bunlar ağır olduqları üçün tez də yerə düşür. Gözlə görülə bilməyən damlacıqları görmək üçün yüksək həssasiyyətli kameralardan istifadə olunur. Bu kameraların sayəsində müəyyən olunub ki, insanlar ucadan danışanda daha çox damlacıq yayır və bu damlacıqlar o dəqiqə yerə düşmür, bir müddət havada qalır, yayılır.

Təxminən 1500 il öncə Bizans imperatoru Yustisyan paytaxt Konstantinopolda Ayasofyanı tikdirəndən 3 il sonra, yəni miladdan sonra 1540-cı ildə virusa yoluxur. Tarixi araşdırmalara görə, o, sağaldıqdan sonra ön tədbir almaq üçün sürətlə qayda-qanunlar hazırlamağa başlayıb. Bu gün DST-nın bizə tövsiyə etdiyi qaydalara oxşar mətnlərdir, amma daha çox ölülərin necə basdırılacağına dair qaydalardır. K, cəsədlərin altı addım, yəni insan boyu uzunluğunda dərininə basdırılmasına dair qaydalar yazmışdı.

Tarixə Yustisyan vəba pandemiyası kimi keçən bu xəstəlikdən indiki İstanbulda gündə 5000 min adamın öldüyü təxmin edilir. Bu pandemiya cəmi 8 dalğadan ibarət olaraq 200 il davam edib və Şərqi Ağdəniz ərazilərindəki əhalinin ¼-nin öldüyü deyilir. Viliam Rosenə görə, pandemiya bütün dünyanı dəyişdirib. Modern Avropanın doğuluşuna səbəb olub.

Bəli, bu gün də koronavirus bizim yaşam tərzimizi, bütün dünyanı sürətlə dəyişməyə davam edir. Vərdişlərimiz dəyişir, insanlarla münasibətlərimiz dəyişi və s.

Bizdən tələb olunan nədir?

Maska taxın, məsafə saxlayın, gigiyena qaydalarına əməl edin.

Bu qədər sadə...

 

Eminquey