adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Noyabr 2020 23:40
17008
DÜNYA
A- A+

Azərbaycan postsovet məkanında bir ilki bacardı

Beynəlxalq hüquq baxımından Qarabağ “mübahisəli ərazi” hesab edilmir. BMT-nin xüsusi qətnamələri də daxil olmaqla bütün aktlar bunun Azərbaycan torpağı olduğunu açıq şəkildə göstərir. Əlbəttə ki, tarixçilər bu və ya digər konfiqurasiyada başqa bir şey deyə bilər, lakin rəsmi sənədlərdə bu mövzuda birmənalı bir şərh var.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk “Geopolitika”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında təxminən otuz illik heç bir nəticə verməyən danışıqların əksinə getmək və əraziləri geri qaytarmaq lazım olduğu aydın idi. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə Azərbaycanı müharibəyə təhrik etməyə başladı:

“Azərbaycanın bütün sosial və yaş qruplarının uzun müddətdir torpaqların qaytarılmasını tələb edən ruhi vəziyyəti müharibədə həlledici amil oldu. Yenidən inteqrasiya baxışlarının bu cür birliyi postsovet məkanında heç bir yerdə müşahidə olunmamışdı. Onu da deyim ki, “bu müharibəni Bakı və Ankara qazandı” iddiası Ermənistanda uydurulmuş böyük bir yalandır”.

Trofimçuk ermənilərin perspektivlərinin tamamilə aydın olduğunu da qeyd edib:

“Onlar (ermənilər-red.) Qarabağ ətrafındakı işğal etdikləri torpaqları itirdilər və Qarabağ artıq onların tam nəzarəti altında ola bilməz”.