adalet.az header logo
  • Bakı 11°C
23 Noyabr 2020 23:20
15823
DÜNYA
A- A+

Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı

Ermənistanda Qarabağ müharibəsindəki məğlubiyyət və kapitulyasiyanın imzalanması ilə əlaqədar etirazlar hələ də davam edir.

Trend-in məlumatına görə, rusiyalı bloger Aleksey Romanov Ermənistanda hadisə yerindən reportaj hazırlayıb.

Etiraçılardan biri Ermənistanın müharibəni dərhal dayandırmalı olduğunu hesab etdiyini deyib:

“Paşinyan, niyə torpaqları Azərbaycana müharibə başlayan kimi, birinci-ikinci günlərdə qaytarmadın?! Niyə dərhal qaytarmadın. Deyirlər ki, 2 min nəfər ölüb. Elə deyil, 3-4 min 18-20 yaşlı oğullar ölüb. O, torpaqları dərhal verməli idi”.