adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Noyabr 2020 16:40
18673
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 95 281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstə sayı 29 646 nəfərdir.

Ölkədə son sutka ərzində 9 784, hazırkı dövrədək isə 1 617 239 test aparılıb.