adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Noyabr 2020 16:16
20366
MƏMLƏKƏT
A- A+

Akif Aşırlı: Ağ Saraylı , Ağ Damlı Ağdam !

Aqil Abbasın və BDU - nun jurnalistika fakültəsinin dəvəti ilə bir necə il öncə Ağdama səfər etdik. Bu gördüyünüz yer ən sonuncu post idi .Ağdamın mərkəzi ' dəmir yol xətləri az da olsa görünürdü. Əslən şuşalı olan Aygün xanımın işğaldakı torpaqlara boylanıb hönkür - könkür ağlaması , Cahangir müəllimin gözlərində pucurlanan yaş bizi də tərki dünya etmişdi. Özümüzdə deyildik.Aqil Abbas sanki döyüş ruhundaydı , qarşıdakı düşmən səngərlərinə doğru addım atsaydı biz də arxasınca gedəsiydik.Həsrətlə boylandığımız həmin yerlər artıq azadlığına qovuşub , Azərbaycanla bütövləşib . Azadlığın mübarək , Ağ Saraylı , Ağ Damlı Ağdam !