adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Noyabr 2020 09:23
59037
MARAQLI
A- A+

Dağdan yıxılaraq ölən şəxsi həkimlər diriltdilər

Həkimlər dağdan yıxıldıqdan sonra ölən 45 yaşlı turisti həyata qaytara biliblər. 

Bununla bağlı “Seattle Times” məlumat yayıb. 

Maykl Knapinski dostları ilə birlikdə Vaşinqton ştatındakı Maunt-Reynir milli parkına gedib. Kişi dostlarından geri qalıb və azıb. Həmin vaxt hava soyuyub və qar yağmağa başlayıb.

Xilasedicilər amerikalını huşsuz vəziyyətdə Niskualli çayının sahilində tapıblar. 

O, dərhal xəstəxanata çatdırılıb. Ancaq turist reanimasiyada dünyasını dəyişib. Həkimlər onu həyata qaytarmaq üçün səyləri dayandırmayıblar və Maykla süni nəfəs veriblər. 

45 dəqiqədən sonra turisti həyata qaytarmaq mümkün olub.